"Bu mövsüm artıq ilk rəsmi oyun keçirmişəm. Həm Rumıniya Super Kubokunda, həm də start götürmüş ölkə çempionatında çıxış etmişəm. Buna görə də oynamağa hazıram"

"Neftçi"nin məni istədiyini eşidəndə bunun maraqlı macəra olacağını düşündüm və dərhal "hə" dedim. İndi isə səbirsizliklə meydana çıxmaq üçün şans qazanmağımı gözləyirəm. Burada nəticələr qazanmaq və bir çox titula yiyələnmək istəyirəm. "Neftçi"ni seçməyimdə əsas məqamlardan biri də budur". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Mark Tamaş klubun rəsmi televiziyasına müsahibəsində deyib.
 
Macarıstanlı müdafiəçi meydana çıxmağa tam hazır olduğunu bildirib: "çünki bu mövsüm artıq ilk rəsmi oyun keçirmişəm. Həm Rumıniya Super Kubokunda, həm də start götürmüş ölkə çempionatında çıxış etmişəm. Buna görə də oynamağa hazıram. Heç bir fiziki problemim yoxdur. "Neftçi" formasında meydana çıxacağım ilk oyunu səbirsizliklə gözləyirəm".
 
"Ağ-qaralar"ın Rumıniyadan digər yeni transferi "Yuri Matiasla bir-birilərini yaxşı tanıdıqlarını deyən təcrübəli oyunçu əvvəllər daha çox rəqib kimi üz-üzə gəldiklərini xatırladıb: "Hətta əksər hallarda künc zərbələri zamanı bir-birimizi tutmalı olurduq. Bir-birimizə qarşı çox oyun keçirmişik. İndi isə birlikdə çıxış etməliyik. Bir-birimizi çox yaxşı tanıyırıq. Buna görə də düşünürəm ki, çox yaxşı tandem təşkil edəcəyik. Fikrimcə, birlikdə daha yaxşı çıxış etmək üçün zamana ehtiyacımız var. Bununla belə, hesab edirəm ki, buna tam hazırıq".
 
O, komandasının UEFA Konfrans Liqasına 100 faiz hazır olduğunu söyləyib: "Səmimi deyim ki, qrup mərhələsinə yüksəlmək istəyirik. Bu mövsüm üçün şəxsi hədəfim budur və buna tam hazıram".
 
Sonda "Neftçi" fanatlarını salamlayan futbolçu fikirlərini bu cür tamamlayıb: "Hər birinizi tribunada görmək üçün səbirsizlənirəm. Sizinlə birlikdə yaxşı nəticələr əldə etmək, kuboklar qazanmaq və bunu bir yerdə qeyd etmək istəyirəm. Beləliklə, çox çalışaq və bunu birlikdə bacaraq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest