24 İyul 2023, 10:48
FUTBOL
"Qarabağ" 2 dəfə qrup, 10 dəfə isə təsnifat mərhələlərində rəqibinə hər iki qarşılaşmada şans verməyib. Əyalət klubu bütün "dubl"lara son 14 ildə - Qurban Qurbanovun rəhbərliyi altında imza atıb.
"Qarabağ" tarixində 12 dəfə eyni rəqibi hər iki oyunda məğlub edə bilib. Matc.az xəbər verir ki, sonuncu belə uğur 2023/2024 mövsümündə UEFA çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütatiq təmsilçisi "Linkoln" önündə olub.
Qurban Qurbanovun kollektivi səfərdəki 2:1 hesablı qələbənin ardından öz meydanında rəqibi 4 cavabsız qolla üstələyib – 4:0.
"Qarabağ" 2 dəfə qrup, 10 dəfə isə təsnifat mərhələlərində rəqibinə hər iki qarşılaşmada şans verməyib. Əyalət klubu bütün "dubl"lara son 14 ildə - Qurban Qurbanovun rəhbərliyi altında imza atıb.
"Qarabağ"ın hər iki oyunda qalib gəldiyi duellər:
2009/2010. "Honka" (Finlandiya) – "Qarabağ" – 0:1, 1:2
2010/2011. "Visla" (Polşa) – "Qarabağ" – 0:1, 2:3
2011/2012. "Banqa" (Litva) – "Qarabağ" – 0:4, 0:3
2013/2014. "Metallurq" (Makedoniya) – "Qarabağ" – 0:1, 0:1
2013/2014. "Qarabağ" – "Gefle" (İsveç) – 1:0, 2:0
2014/2015. "Valletta" (Malta) – "Qarabağ" – 0:1, 0:4
2015/2016. "Yanq Boyz" (İsveçrə) – "Qarabağ" – 0:1, 0:3
2016/2017. "Qarabağ" - PAOK (Yunanıstn) – 2:0, 1:0
2017/2018. "Qarabağ" – "Samtrediya" (Gürcüstan) - 5:0, 1:0
2021/2022. "Qarabağ" – "Aberdin" (Şotlandiya) – 1:0, 3:1
2021/2022. "Qarabağ" – "Kayrat" (Qazaxıstan) – 2:1, 2:1
2023/2024. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" – 1:2, 0:4
report