26 İyul 2023, 10:00
FUTBOL
Meksikalı hücumçu Raul Ximenes "Vulverhempton"dan "Fulhem"ə keçib. Matc.az xəbər verir ki, bu barədə məlumatı London klubunun mətbuat xidməti yayıb.
Hücumçu daha bir il uzadılması ehtimalı ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
Ximenes keçidi ilə bağlı fikirlərini bölüşüb: "Bura gəlmək mənim üçün çox vacibdi. Premyer Liqanın ən simvolik komandalarından biri üçün əlimdən gələni etməyə çalışacağam. Premyer Liqada qollara davam etmək üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Raul Ximenes ötən mövsüm "Vulverhempton"un heyətində 15 oyunda iştirak edib.