26 İyul 2023, 10:43
FUTBOL
Başından aldığı zədəyə görə 19 gün komada qalan PSJ-nin qapıçısı Serxio Riko yenidən futbola qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri yayıb.
Bildirilib ki, qolkiper artıq reanimasiyadan çıxıb. Onun həyat yoldaşı Rikonun yaddaşını qismən bərpa etdiyini və ünsiyyət qura bildiyini söyləyib.
Hazırda Sevilyadakı xəstəxanalardan birində qalan Rikonun həkimi onu yenidən əməliyyat edəcəyini açıqlayıb.
Yalnız bundan sonra onun karyerasını davam etdirib-etdirməyəcəyi müəyyənləşəcək.