26 İyul 2023, 11:02
FUTBOL
"İnter Mayami" Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komanda qrup mərhələsinin II turunda MLS-in digər təmsilçisi "Atlanta Yunayted"i qəbul edib.
"İnter Mayami"nin 4:0 hesablı qələbəsi ilə başa çatan görüş Lionel Messinin dublu ilə yadda qalıb. Birinci hissədə rəqib qapısından iki top keçirən argentinalı superulduz fasilədən sonra bir qolun da məhsuldar ötürməsini verib.
Qələbə sayəsində yer aldığı qrupu 6 xalla birinci pillədə tamamlayan "İnter Mayami" 1/16 finala yüksəlib.