26 İyul 2023, 11:17
FUTBOL
"Lion"un sabiq hücumçusu Mussa Dembele azad agent kimi "Əl-İttifaq"a keçib. Matc.az xəbər verir ki, bu barədə tanınmış italiyalı insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, 27 yaşlı fransalı Səudiyyə Ərəbistanı klubu ilə 4 illik müqavilə imzalayıb. Dembele gün ərzində Xorvatiyadakı təlim-məşq toplanışında komandaya qoşulacaq.
"Əl-İttifaq" bu yaxınlarda "Liverpul"un keçmiş futbolçusu, "Aston Villa" və "Reyncers"in sabiq baş məşqçisi Stiven Cerrarda tapşırılıb.
Qeyd edək ki, Mussa Dembele Liqa1-in ötən mövsümündə 23 oyunda 3 qol vurub.