Türkiyənin əfsanəvi məşqçisi Fatih Terim Azərbaycanda çalışa bilər. Matc.az xəbər verir ki, bunu onun köməkçisi Necati Ateş deyib.
 
"Qalatasaray"ın sabiq futbolçusu və məşqçisi yerli mətbuata açıqlamasında bildirib ki, Terimə ölkəmizdən daim təkliflər olur: "Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir. Bundan başqa, İtaliyadan da təklif gələ bilər. Terim özü də məşqçilik karyerasını bərpa etməyi düşünür. O, heç vaxt futboldan getdiyini açıqlamayıb. Hər an yenidən baş məşqçi kimi fəaliyyət göstərə bilər".
 
Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2022-ci illərdə "Qalatasaray"ı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest