"Turan Tovuz" Xəyal Nəcəfovu yenidən icarəyə götürüb. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu daha 1 il Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.
 
"Neftçi"yə məxsus olan yarımmüdafiəçi icarə əsasında qarşıdakı mövsümün sonuna kimi Tovuz komandasının şərəfini qoruyacaq. 
 
Son mövsümdə Xəyal Premyer Liqada "Turan Tovuz"un heyətində hamıdan çox – 34 oyunda meydana çıxıb. O, yeni mövsümdə də 10 nömrəli formanı geyinəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest