"Bizi çox ağır oyun gözləyir". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov Konfrans Liqasının II təsnifat mərhələsində "Jelezniçar"la keçiriləcək oyunla bağlı danışarkən deyib.
 
Azərbaycan millisinin yarımmüdafiəçisi Sarayevoda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında fikrini bildirib:
 
"Komandamızın öz hədəfi var və bunun üçün mübarizə aparacağıq. Bakıya pozitiv nəticə ilə qayıdacağımıza inanıram".
 
Qeyd edək ki, sabah "Qrbavitsa" stadionunda keçiriləcək "Jelezniçar" – "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest