27 İyul 2023, 00:57
FUTBOL
Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Təmsilçimiz "Sabah" Latviyada RFS-i üzərində 2:0 hesablı qələbə qazanıb. "Fənərbaxça" öz meydanında Moldovanın "Zimbru" klubunu darmadağın edib – 5:0.
Avropa Konfrans Liqası
II təsnifat mərhələsinin ilk oyunları
26 iyul
"Struqa" (Şimali Makedoniya) – "Buduçnost" (Monteneqro) 1:0
RFS (Latviya) – "Sabah" (Azərbaycan) - 0:2
"Midtyulland" (Danimarka) – "Proqres" (Lüksemburq) - 2:0
çSKA 1948 (Bolqarıstan) – "Styaua" (Rumıniya) - 0:1
"Fənərbaxça" (Türkiyə) – "Zimbru" (Moldova) - 5:0
"Neman" (Belarus) – "Baltsan" (Malta) - 2:0