27 İyul 2023, 10:23
FUTBOL
"Qarabağ" ÇL-də "Rakuv"a səfərdə (2:3) məğlub olsa da, "Sabah" KL-dəki qələbə ilə Azərbaycanın aktivinə xallar yazdırıb. Bakılılar Latviyada yerli RFŞ-i 2:0 hesabı ilə məğlub etməklə, ölkəmizə 0,250 xal yazdırıb.
Avrokuboklarda dünən keçirilən oyunlar UEFA reytinqinə müəyyən təsir göstərib. Matc.az xəbər verir ki, çempionlar Liqası (çL) və Konfrans Liqasındakı (KL) oyunlardan sonra Yunanıstan, Finlandiya, Latviya, Malta və Şimali İrlandiya irəliləyişə nail olub.
Əvəzində İsveç, İrlandiya, Lixtenşteyn, Ermənistan, Lüksemburq, Monteneqro və Andorrada geriləmə müşahidə edilib.
"Qarabağ" çL-də "Rakuv"a səfərdə (2:3) məğlub olsa da, "Sabah" KL-dəki qələbə ilə Azərbaycanın aktivinə xallar yazdırıb. Bakılılar Latviyada yerli RFŞ-i 2:0 hesabı ilə məğlub etməklə, ölkəmizə 0,250 xal yazdırıb. Cari mövsümdəki ümumi qazanc 0,750-yə yüksəlib.
Son 5 mövsümdəki ümumi xallarının sayı 15,000-a çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalıb. 28-ci sıradakı Sloveniya ilə arada 1 xallıq fərq var.
UEFA reytinqinə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədədi.