"Konkret üç təklifim oldu və bura gəlməyə qərar verdim. Həm mənim, həm də ÇFR üçün ən yaxşı seçim oldu"

"Neftçi"nin yeni transferi Yuri Matias Rumıniyanın "flashscore.ro" saytına müsahibə verib. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi Azərbaycan klubunu seçməsinin səbəbini izah edib.

- Niyə "Neftçi"ni seçdiniz?
- "Neftçi"ni ona görə seçdim ki, çFR kimi, bu komanda da çempionluq uğrunda mübarizə aparır. Komanda ilə çempionluq qazanmaq istəyirəm.

- Başqa klublardan sizə təkliflər var idi?
- Bəli, konkret üç təklifim oldu və bura gəlməyə qərar verdim. Həm mənim, həm də çFR üçün ən yaxşı seçim oldu.

- Dan Petresku ilə münasibətiniz necə idi?
- Petresku ilə çox yaxşı münasibətim var idi. Ona uğurlar və xoşbəxtlik arzulayıram.

- Rumıniyada üz-üzə gəldiyiniz ən güclü komanda hansıdı?
- "Styaua" ilə matçlar ən çətini idi.

- Liqa1-də qarşılaşdığınız ən çətin hücumçu kim idi?
- Mənim üçün ən çətin hücumçu Arnold Qarita idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest