27 İyul 2023, 11:15
FUTBOL
"Unutmayaq ki, bu, hələ ilk duel idi. Qarşıda cavab görüşümüz var və bu, asan olmayacaq. Mərhələ adlamaq üçün hər şeyi etməliyik"
"çox şadam ki, vurduğum qol nəticəyə müsbət təsir etdi və komandamın qələbəsinə kömək oldum". Matc.az xəbər verir ki, bunu "Rakuv"un futbolçusu Sonni Kittel çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyun barədə danışarkən deyib.
Polşa klubuna yenicə transfer edilən almaniyalı oyunçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi dünənki qarşılaşmada son nöqtəni qoyub. O, debütdə fərqləndiyi üçün sevincli olduğunu bildirib.
Ancaq Kittel bir həftə sonrakı cavab matçı barədə düşünməyin daha vacib olduğunu düşünür: "Unutmayaq ki, bu, hələ ilk duel idi. Qarşıda cavab görüşümüz var və bu, asan olmayacaq. Mərhələ adlamaq üçün hər şeyi etməliyik. Düşünürəm ki, bu, çestoxovadakı oyuna oxşar olacaq. Nəticəni həll edən kiçik şeylərdi. Biz 100 faiz diqqətli olmalıyıq".
Qeyd edək ki, "Qarabağ"la "Rakuv" arasında cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.