"Bu hesaba baxmayaraq, əminəm ki, şans bitməyib. Azərbaycana qələbə qazanmaq, mərhələ adlamaq üçün gedəcəyik"

"Nəticə oyuna görə deyil, biz çoxlu qol şansları yaratdıq". Matc.az xəbər verir ki, bunu RFŞ klubunun baş məşqçisi Viktor Moroz Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"la keçirilən ilk oyun barədə danışarkən deyib.
 
Latviyalı mütəxəssis 0:2 hesabına baxmayaraq, cavab görüşünə iddialı yolanacaqlarını bildirib:
 
"Futbolda belə də olur. Rəqibin üç şansı və iki qolu oldu. "Sabah" əks-hücumlarda çox təhlükəli komandadır. Birlikdə yaxşı oynamağı bacarırlar. Bu hesaba baxmayaraq, əminəm ki, şans bitməyib. Azərbaycana qələbə qazanmaq, mərhələ adlamaq üçün gedəcəyik. Hələ də şans var. çətin olacaq, amma hələ heç nə bitməyib".
 
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest