31 İyul 2023, 16:12
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Zaqreb "Dinamo"suna qayıtdıqdan sonra ilk qolunu vurması Xorvatiya mətbuatında geniş müzakirəyə səbəb olub. Matc.az xəbər verir ki, yerli KİV 25 yaşlı forvarda şans verməyən sabiq baş məşqçi Ante çaçiçi tənqid atəşinə tutub.
Bildirilib ki, forvard Xorvatiya çempionatının 2-ci turunda "İstra" ilə görüşdə 1 qol, 1 assistlə əsl səviyyəsini ortaya qoyub. Hazırkı baş məşqçi İqor Bişçan da ondan razılıqla danışıb: "Emreli uzun müddət sonra start heyətində meydana çıxdı və dərhal nəticəyə töhfə verərək, bizi sevindirdi".
Emreli Qazaxıstanda "Astana"ya qarşı keçirəcəkləri çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün də iştirak ərizəsinə salınıb.
Qeyd edək ki, "İstra" – "Dinamo" oyunu zaqreblilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.