"Barselona"nın yarımmüdafiəçisi Frank Kessye "Əl-Əhli"yə keçməyə yaxındı. Matc.az xəbər verir ki, sövdələşmə 15 milyon avro təşkil edə bilər.
26 yaşlı futbolçu "Barselona"dakı oyun sayından narazıdı. Maaş tələbləri yerinə yetirilərsə, klubunu dəyişməyə hazırdı.
Kessye hətta bir müddət əvvəl kataloniyalılardan ona azad agent statusu verməsini istəmişdi. çünki Səudiyyə Ərəbistanı klubu futbolçunun komandaya pulsuz qoşulacağı təqdirdə ona böyük imza bonusu verməyə boyun olub.
Qeyd edək ki, "Barselona"ya ötən ilin yayında "Milan"dan keçən Frank Kessyenin müqavilə müddəti 2026-cı ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest