03 Avqust 2023, 23:42
FUTBOL
"Bu gün qol buraxmaya bilərdik. Amma ümumilikdə oyun çox yaxşı keçdi. Növbəti rəqib daha güclü olacaq. Buna görə də bəzi nüansları yaxşılaşdırmalıyıq"
"Rəqibi yaxşı təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik". Matc.az xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Sofronis Avqusti Kiprdə "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis Qəbələdəki ilk matçda yol verdikləri səhvlərdən nəticə çıxardıqlarını bildirib: "Bu gün qol buraxmaya bilərdik. Amma ümumilikdə oyun çox yaxşı keçdi. Növbəti rəqib daha güclü olacaq. Buna görə də bəzi nüansları yaxşılaşdırmalıyıq".
O, Azərbaycan təmsilçisinə daha çox qol vurmağın mümkün olduğunu, sadəcə, güclərinə qənaət etdiklərini söyləyib: "Kifayət qədər qol epizodu yaxalasaq da, yararlana bilmədik. Dayanmaq olmaz, inkişafa davam etməliyik. Hər matç bir imtahandır".
"Qəbələ"nin asan rəqib olmadığını söyləyən Avqusti "qırmızı-qaralar"a uğurlar arzulayıb.
report