"Rəqib üstün futbol nümayiş etdirdi və layiqli qələbə qazandı". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
 
43 yaşlı mütəxəssis ilk matçda daha yaxşı oynadıqlarını bildirib: "ötən həftə keçirilən qarşılaşmada komandamdan istədiyimi meydanda görürdüm. Həmin görüşdə üstün tərəf biz idik".
 
Yeni komanda olduqlarını xatırladan çalışdırıcı oyundan-oyuna iddialarını göstərəcəklərini söyləyib: "İnanıram ki, yenidən Konfrans Liqasında qüvvəmizi sınayacaağıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest