Bosniya və Herseqovunadan gələn oyunçunun kobud səhvləri üzündən "Turan Tovuz"a 0:3 hesabıyla yenilən "Araz-Naxçıvan" onu ehtiyata atacaq yeni qapıçı gətirmək niyyətindədir.

"Araz-Naxçıvan" yeni qapıçı axtarır. Matc.az xəbər verir ki, Muxtar respublika təmsilçisi tezliklə yeni əcnəbi qolkiperə qovuşacaq.
 
Bir neçə əlcək sahibi ilə danışıqlar aparan naxçıvanlılar onlardan birinin transferini reallaşdırmağa çalışır. Semir Bukviçin ilk tirdakı biabırçı oyunu klub rəhbərliyini buna məcbur edib. Bosniya və Herseqovunadan gələn oyunçunun kobud səhvləri üzündən "Turan Tovuz"a 0:3 hesabıyla yenilən "Araz-Naxçıvan" onu ehtiyata atacaq yeni qapıçı gətirmək niyyətindədir.
 
Xatırladaq ki, Bukviç komandanın ilk transferlərindəndir. Əvvəlki rəhbərliyin dövründə gətirilən legionerin tezliklə yola salınması da mümkündür. Lakin müqaviləsi olduğu üçün yəqin ki, onu ehtiyatda saxlayacaqlar. çünki hazırkı ehtiyat qapıçı Vüsal Şabanov kifayət qədər təcrübəli deyil.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest