Baş məşqçi Şenol Güneş onlardan ən azı birini Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək ilk görüşün heyətinə salmaq fikrindədi. Ancaq bu, Tosun və Gezzalın hazırlıq durumundan asılı olacaq.

"Beşiktaş" iki zədəli oyunçusundan "Neftçi" ilə oyunöncəsi şad xəbər alıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Raşid Gezzal və hücumçu Cenk Tosun sıraya dönüb.
 
Bir neçə gün fərdi hazırlıqla kifayətlənən futbolçular bu gündən komanda ilə birlikdə məşqlərdə iştirak edəcəklər. Baş məşqçi Şenol Güneş onlardan ən azı birini Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək ilk görüşün heyətinə salmaq fikrindədi. Ancaq bu, Tosun və Gezzalın hazırlıq durumundan asılı olacaq.
 
Qeyd edək ki, avqustun 10-da "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Beşiktaş" oyunu saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest