Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti təyinat alıblar. Matc.az xəbər verir ki, onlar avqustun 10-da keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsi oyunlarında iş başında olacaqlar.
 
Asim Xudiyev Tbilisidə keçiriləcək "Dila" (Gürcüstan) – APOEL (Kipr) qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Könül Mehdiyeva isə həmin gün Buxarestdə baş tutacaq "Styaua" (Rumıniya) – "Nordsyelland" (Danimarka) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest