Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK sifariş vərəqəsini UEFA-ya göndərib. Matc.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Finlandiya klubu 24 oyunçunu iştirak ərizəsinə salıb.
 
2 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu Azərbaycan çempionu ilə görüşlərdə baş məşqçi Toni Korkeakunnasın sərəncamında olacaq.
 
Qapıçılar: 1. Yesse öst, 85. Niki Myönpyö;
 
Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan;
 
Yarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pürü Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay;
 
Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka.
 
Qeyd edək ki, "Qarabağ" - HİK oyunu avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest