"İnter Mayami"nin kapitanı Lionel Messinin MLS-də debütü yubanacaq. Matc.az xəbər verir ki, komandanın avqustun 21-də "Şarlott"la keçirəcəyi görüş təxirə salınıb.
 
Buna səbəb hər iki klubun Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda mübarizəni davam etdirməsidi. Maraqlıdı ki, onlar turnirin 1/4 finalında məhz bir-birlərinə rəqib olacaqlar. Bu yarışda final və 3-cü yer uğrunda matç isə ayın 21-də olacaq.
Onlardan birinin son günə qədər irəliləyəcəyi ehtimalını nəzərə alan təşkilatçı qurum MLS oyununu təxirə salıb.
 
Messi MLS-də ilk matçına avqustun 26-da çıxa bilər. çünki həmin gün "İnter Mayami" "Nyu York Red Bulls"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest