11 Avqust 2023, 22:00
FUTBOL
"Lion"un futbolçusu Kastelyo Lukeba Almaniyaya köçüb. Matc.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bundesliqada çıxış edəcək.
Fransanın gənclər millisinin üzvü "Leypsiq"lə 5 illik müqavilə imzalayıb. Bu transfer almanlara 34 milyon avroya başa gəlib. Lukeba yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, mərkəz müdafiəçisi ötən mövsüm "Lion"un heyətində 34 oyun keçirib, 2 qol vurub.