Yeni komandasının heyətində keçirdiyi 5-ci oyununda qol sayını 8-ə çatdıran argentinalı superulduz "İnter Mayami" tarixinin ən məhsuldar üçüncü oyunçusuna çevrilib.

Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, "İnter Mayami" bu raundda "Şatlott"la üz-üzə gəlib.
 
MLS-in digər təmsilçisini 4:0 hesabı ilə məğlub edən "İnter Mayami" yarımfinala yüksəlib. Mayami klubunun heyətində son qolun müəllifi Lionel Messi olub. Yeni komandasının heyətində keçirdiyi 5-ci oyununda qol sayını 8-ə çatdıran argentinalı superulduz "İnter Mayami" tarixinin ən məhsuldar üçüncü oyunçusuna çevrilib. Bu baxımdan rekordçu digər argentinalı Qonsalo İquaindi. Onun aktivində 29 qol olub.
 
Qeyd edək ki, "İnter Mayami" yarımfinalda "Filadelfiya" ilə qarşılaşacaq. Görüş avqustun 16-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest