12 Avqust 2023, 12:46
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes İtaliyaya qayıda bilər. Matc.az xəbər verir ki, argentinalı futbolçu yenidən "Roma"nın formasını geyinməyə yaxındı.
29 yaşlı oyunçu "Qalatasaray" və "Zenit"in də gündəmindədi. Lakin Paredes özü "canavarlar"a qayıtmaq arzusundadı. Dünya çempionu hətta İtaliya paytaxtında özünə ev də tapıb. "Roma" onu ilkin mərhələdə icarəyə götürmək istəyir.
Həmçinin, PSJ-nin digər yarımmüdafiəçisi Renato Sançesin də "Roma"ya keçməsi ehtimalı var. Portuqaliyalı italyanlara 12 milyon avro transfer hüququ ilə icarə əsasında qoşulmaq üzrədi.
"Roma"nın baş məşqçisi Joze Mourinyo hər iki futbolçunun yaxın günlərdə kollektivə qoşulmasını istəyir.