"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Beşiktaş" heyətini gücləndirmək üçün hərəkətə gəlib. Matc.az xəbər verir ki, Türkiyə klubu iki əcnəbi futbolçu transfer etmək niyyətindədi.
 
"Ağ-qaralar" onlardan biri ilə artıq anlaşma əldə edib. Söhbət Moskva MOİK-inin yarımmüdafiəçisi Baxtiyar Zaynutdinovdan gedir. 25 yaşlı qazaxıstanlının keçidi istanbullulara 4,5 milyon avroya başa gələcək. İlkin anlaşmaya əsasən, oyunçunun sonrakı satışından MOİK 15 faiz pay alacaq.
 
Türkiyə nəhəngi MLS-də çıxış edən "Toronto"nun sağ cinah yarımmüdafiəçisi Federiko Bernardeskini də heyətinə qatmaq niyyətindədi.
 
Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında Bakıda keçirilən ilk oyunda qonaq komanda 3:1 hesablı qələbə qazanıb. Cavab görüşü avqustun 17-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest