"Yuventus"dan ayrılan əfsanəvi futbolçusu Leonardo Bonuççi FİFA-ya şikayət etməyə hazırlaşır. Matc.az xəbər verir ki, ulduz futbolçu "qoca sinyora"dan təzminat tələb edir.
 
çünki "Yuve" onun gələn ilin yayına qədər olan müqaviləsini təktərəfli ləğv edib. Bu isə 36 yaşlı oyunçunun ürəyincə deyil. O, ya komandaya qaytarılmasını, ya da 2 milyon avro məbləğində təzminatın ödənilməsini tələb edir. Turinlilər ilk şərti qəbul etməsələr, Bonuççinin vəkilləri FİFA-ya etirazlarını rəsmi şəkildə bildirəcəklər.
 
Qeyd edək ki, Leonardo Bonuççi 2010-2017 və 2018-2023-cü illərdə "Yuventus"un formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest