12 Avqust 2023, 14:21
FUTBOL
"çelsi" "Brayton"un yarımmüdafiəçisi Moyzes Kaysedonu almaqda maraqlıdı. Matc.az xəbər verir ki, "zadəganlar" transfer müqabilində qarşı tərəfə 133 milyon avro təklif edib.
Bu, "Liverpul"un 127 milyon avroluq təklifindən çoxdu. Oyunçu özü də London klubuna keçmək arzusundadı. Lakin ekvadorlu müdafiəçinin bu məbləğə transferi "çelsi"nin maliyyə feyr-pley qaydalarını pozmasına gətirib çıxara bilər. "Zadəganlar" bir neçə oyunçusunu qarşı tərəfə təklif etsə də, "Brayton" 22 yaşlı mərkəz müdafiəçisini ancaq tam məbləğə satmaq istəyir.
Qeyd edək ki, Moyzes Kaysedo "Brayton"a 2021-ci ilin əvvəlində 5 milyon avroya keçib.