12 Avqust 2023, 21:37
FUTBOL
"Futbolçuların motivasiyasını maksimum dərəcəyə gətirmək istəyirik. İnsan hər zaman hisslərlə futbol oynayır. Üstəlik, kollektiv formalaşdırmaq istəyirik. İstədiyim mehriban ailədir"
Misli Premyer Liqasının II turunun "Araz-Naxçıvan" - "Qəbələ" oyunundan (2:0) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...
- Oyun ağır keçdi. İlk hissə daha çox qaçdıq. "Qəbələ" daha hazırlıqlıdır. Bəzi çatışmazlıqlarımız oldu. Şükürlər olsun ki, bu gün qələbə qazana bildik, üç xal çox vacib idi.
- ötən oyunda yaxşı çıxış etmizdiz. Həm doğma meydanda oynamırsız, həm də yeni qurulmuş komandasız. Qələbənin sirri nədədir?
- 20 gündən artıq bir yerdə olmuşuq. İşimiz çox çətindir. Futbolçuların motivasiyasını maksimum dərəcəyə gətirmək istəyirik. İnsan hər zaman hisslərlə futbol oynayır. üstəlik, kollektiv formalaşdırmaq istəyirik. İstədiyim mehriban ailədir. Bu gün bunu meydançada gördük. Oyundan-oyuna bunu daha da təkmilləşdirəcəyik.
- Əsas psixoloji amildir?
- Bəli, həm yerlilər, həm əcnəbilər bir-birilərinə uyğunlaşmalıdır. Hər oyunçunun bütün mövqelərdə oynamasını istəyirik. Psixoloji amil bizim üçün vacibdir.
- Növbəti tur "Qarabağ"ladır. Onların Avropa Liqasında oynaması sizin xeyrinizə olacaq?
- "Qarabağ" kimi komandaya qarşı oynamaq hər bir klub üçün dərsdir. İstədiyimiz oyunumuzu təkmilləşdirməək, dəsti-xəttimizi yaratmaqdır. Bu gün komandalara uyğun oynayırıq. Vaxt lazımdır. Milli komandaların oyunlarına görə yaranacaq fasilədə daha da artıracağıq.
- Yeni qapıçı Semir Bukviçin səhvlərinə görə transfer edildi?
- Əvvəldən istəyirdik. üstəlik, Bukviçin səhvlərindən sonra psixoloji vəziyyətini düzəldə bilməyəcəyindən ehtiyatlanırdıq. Bu gün ona da güvənirik. Necə olacağını görəcəyik.