13 Avqust 2023, 13:37
FUTBOL
PSJ-nin hücumçusu Neymar tezliklə klubu tərk edə bilər. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvünün Səudiyyə Ərəbistanına köçmək şansı yüksəkdi.
Parislilərin baş məşqçisi Luis Enrike və idman müşaviri Luis Kampos futbolçu ilə görüşərək, onunla hesablaşmadıqlarını bildiriblər. Hətta Fransa çempionunun "Əl-Hilal"la ortaq məxrəcə gəldiyi söylənilir.
Neymar özü də bu transferin əleyhinə deyil. Səudiyyə Ərəbistanı klubu 31 yaşlı forvarddan yekun cavab gözləyir.