"Mançester Siti" müdafiəçisi Kayl Uokeri komandada saxlayır. Matc.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabından paylaşım edib.
 
Onun sözlərinə görə, 33 yaşlı futbolçu yaxın günlərdə klubu ilə yeni müqavilə imzalayacaq. "Bavariya"ya keçməkdən imtina edən İngiltərə millisinin üzvü "şəhərlilər"lə gələn ilin yayınadək olan müqaviləsini uzadacaq.
 
Qeyd edək ki, Kayl Uoker 2017-ci ildən "Mançester Siti"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest