13 Avqust 2023, 14:14
FUTBOL
"Valensiya" qapıçısı Giorgi Mamardaşvilini "Real"a buraxmayıb. Matc.az xəbər verir ki, "yarasalar" 22 yaşlı qolkiperlə bağlı "kral klubu"nun təklifini rədd edib.
"Real" gürcüstanlının icarəsi üçün 5 milyon avro ödəməyə boyun olub. Təklifə həmçinin oyunçunun birdəfəlik transfer edilməsi variantı da daxil idi. Bu baş verəcəyi təqdirdə, "Real" "Valensiya"ya 25 milyon avro ödəyəcəkdi. Lakin qarşı tərəf buna "yox" cavabını verib.
Qeyd edək ki, Giorgi Mamardaşvili 2021-ci ildən "Valensiya"nın çərçivəsini qoruyur.