13 Avqust 2023, 14:28
FUTBOL
Almaniya Superkubokunda "Leypsiq"lə qarşılaşan "Bavariya" 0:3 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, Tomas Tuxelin çalışdırdığı münhenlilər 1992-ci ildən bəri ən pis starta imza atıblar.
Almaniyalı mütəxəssisin rəhbərliyi altında Bundesliqa çempionu keçirdiyi ilk 13 rəsmi görüşün 5-də məğlub olub. Bundan əvvəl oxşar başlanğıc 31 il əvvəl Soren Lerbinin sükanı arxasında olub.
Qeyd edək ki, Tomas Tuxel martdan "Bavariya"da çalışır.