"Marsel"in sabiq yarımmüdafiəçisi Dimitri Paye karyerasını Braziliyada davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
 
Onun sözlərinə görə, Fransa millisinin keçmiş üzvü "Vasko da Qama" ilə anlaşıb. 36 yaşlı hücumameyilli oyunçu yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Paye Fransa klublarından gələn təklifləri rədd edib.
 
Qeyd edək ki, Dimitri Paye "Marsel"dən ötən ay ayrılıb. O, əvvəllər "Vest Hem", "Lill", "Sent-Etyen" və "Nant" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest