PSJ İtaliya A Seriyasında futbolçu bəyənib. Matc.az xəbər verir ki, Paris təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Federiko Kyezanın xidmətində maraqlıdır. 
 
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. PSJ 25 yaşlı futbolçunu Neymara əvəzedici olaraq görür. Fransızlar Kyeza üçün 50-60 milyon avro ödəməyə hazırdır. 
 
Qeyd edək ki, İtaliya millisinin üzvü 2020-ci ildən "Yuventus"da çıxış edir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest