"Qarabağ" qapı xətti ilə bağlı problemi həll edib. Matc.az-ın "Sport24.ru" saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Andrey Lunyovla anlaşıb.
 
"Bayer"in sabiq qolkiperi hazırda Bakıdadı. 32 yaşlı futbolçu "Qarabağ"la 2 illik müqavilə imzalayacaq. Rusiyalının Azərbaycan çempionunda illik məvacibi 200 min avro təşki edəcək.
 
Son iki mövsümü "Bayer"də keçirən Lunyov çoxsaylı zədələr səbəbindən cəmi 3 oyunda iştirak edib.
 
Qeyd edək ki, "Qarabağ" yanvarda Lunyovla maraqlansa da, Almaniya klubu ilə transfer məsələsində razılığa gələ bilməmişdi. Qolkiper indi ağdamlılara azad agent kimi keçir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest