23 Avqust 2023, 10:24
FUTBOL
Turnirdə matçlar sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək baş tutacaq.
"Neftçi"nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə çağırılıb. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq sentyabrda yeni komandasında debüt edə biləcək.
Belə ki, məşqçilər korpusu onu KONKAKAF Millətlər Liqası görüşlərinə dəvət edib. Turnirdə matçlar sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək baş tutacaq.
Qeyd edək ki, "Neftçi"yə yanvarda keçən Kilan Lebon "ağ-qaralar"ın heyətində keçirdiyi 26 oyunda 5 qol vurub.