23 Avqust 2023, 20:37
FUTBOL
Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalında yarımfinal döyüşləri yekunlaşıb.
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının daha iki boksçusu finala vəsiqə qazanıb. 54 kq çəkidə mübarizə aparan Nicat Hüseynov qazaxıstanlı Akıltay Rabatovla qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb. Fərhad Şeydayev 75 kq-da rusiyalı Daniel Zıryanovu məğlub edərək finalda iştirak hüququ qazanıb. Digər boksçusu Marjona Savriyeva 50 kq-da 1/2 finalda rusiyalı Mariya Kuzakmetovaı məğlub edib. Millimizin digər üzvi Zeynəb Rəhimova 54 kq-da rusiyalı Valeriya Linkovana məğlub olaraq bürünc medala layiq görülüb.