"Mançester Yunayted" müdafiəçisi Brendon Uilyamsı icarəyə vermək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müdafiəçi icarə əsasında çempionşip təmsilçisi "İpsviç"də çıxış edəcək. İcarə müddəti 1 il nəzərdə tutulub. 1 ildən sonra klub 22 yaşlı futbolçunu almaq hüququna malik olacaq.

Qeyd edək ki, Uilyams Mançester təmsilçisinin heyətində 51 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest