Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında boksçuların mübarizəsinə yekun vurulub. 

Matc.az xəbər verir ki, milli komandamız turniri 1 qızıl, 3 gümüş və 3 bürünc medalla yekunlaşdırıb.

Bu gün keçirilən finalda Nicat Hüseynov 54 kq-da rusiyalı Roman Osipovu məğlub edərək çempion olub.

Marjona Savriyeva (50 kq), Tural Sarıyev (51 kq) və Fərhad Şeydayev (75 kq) həlledici görüşdə məğlub olduqlarından gümüş medal qazanıblar.

Beləliklə, Azərbaycan kollektivi turniri 7 medalla başa vurub. Bundan öncə Mehparə Məmmədova (48 kq), Zeynəb Rəhimova (54 kq) və Şəmsi Şahbazov (71 kq) bürünc mükafata yiyələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest