Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb. Matc.az xəbər verir ki, siyahı son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilib.
 
Siyahıda ən yüksək reytinqli Azərbaycan klubu "Qarabağ"dır. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər.
 
"Qarabağ"dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu "Neftçi"dir. 10.000 əmsalı olan "ağ-qaralar" 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.
 
"Qəbələ" isə növbəti dəfə geriləyib. "Qırmızı-qaralar" 4.500 xalla 270-cidirlər.
 
Azərbaycan çempionatının digər iştirakçılarından "Sabah", "Zirə", "Sumqayıt", "Səbail" və elitanı tərk edən "Şamaxı" 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.
 
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə təmsilçisi "Mançester Siti" (124.000) başçılıq edir. Almaniyanın "Bayern" klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk "üçlüy"ü Madrid "Real"ı (106.000) qapayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest