27 Avqust 2023, 18:30
FUTBOL
Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunları keçirilir.
Matc.az xəbər verir ki, "Neftçi" qrupda son duelini ABŞ-ın U-21 kollektivinə qarşı keçirib. "Ağ-qaralar" rəqibini məğlub etməyi bacarıb – 21:9.
Beləliklə, ¼ mərhələyə vəsiqə qazanan təmsilçimiz növbəti görüşünü bu gün 21:00-da D qrupunun ikincisi ilə keçirəcək.