"İnter Mayami"nin kapitanı Lionel Messini cəza gözləyir. Matc.az xəbər verir ki, MLS-də "Nyu York Red Bulls"la keçirilən oyundan sonrakı hərəkəti ona baha başa gələ bilər.
 
Belə ki, qarşılaşmanın ardından 36 yaşlı hücumçu jurnalistlərə müsahibə verməkdən imtina edib. Halbuki, liqa qaydalarına görə, oyunçular matçlardan sonra müsahibə verməyə hazır olmalıdılar.
 
Qeyd edək ki, "İnter Mayami"nin 2:0 hesabı ilə qalib gəldiyi oyunda Messi 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest