28 Avqust 2023, 10:41
FUTBOL
qarşılaşmada Qavinin qolunun assistini edən Yamal La Liqa tarixində XXI əsrdə məhsuldar ötürmə verən ən gənc oyunçu rekordunu qırıb. Ona qədər rekord "Barselona"nın digər üzvü Ansu Fatiyə məxsus idi
İspaniya La Liqasının III turunda "Vilyarreal"la oyun "Barselona"nın futbolçusu Lamin Yamal üçün əlamətdar olub. Matc.az xəbər verir ki, gənc yarımmüdafiəçi komandasının qələbəsinə töhfə verməklə tarixə düşüb.
Belə ki, qarşılaşmada Qavinin qolunun assistini edən Yamal La Liqa tarixində XXI əsrdə məhsuldar ötürmə verən ən gənc oyunçu rekordunu qırıb. Ona qədər rekord "Barselona"nın digər üzvü Ansu Fatiyə məxsus idi. Fati 2019-cu ildə 16 yaş 318 günlüyündə bunu bacarmışdısa, Yamal 16 yaş 45 günlüyündə qolda yaxından iştirak edib.
Qeyd edək ki, "Barselona" səfərdə "Vilyarreal"ı 4:3 hesabı ilə məğlub edib.