28 Avqust 2023, 13:03
FUTBOL
İngiltərə Premyer Liqasının III turunda "Bernli" ilə "Aston Villa" arasındakı oyundan sonra xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, qonaq komanda evə döndüyü zaman hücuma məruz qalıb.
Belə ki, komandanın avtobusuna körpüdən kərpic atılıb. Xoşbəxtlikdən yalnız ön şüşə qırılıb, xəsarət alan olmayıb. Yerli polis və klub hadisədən məyusluğunu bildirib. Səlahiyyətli qurumlar məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, oyun "Aston Villa"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.