Azərbaycanın cüdo millisinin Sarayevoda keçiriləcək Avropa Açıq çempionatında iştirak edəcək heyəti bəlli olub.
Matc.az xəbər verir ki, yığma turnirə 22 idmançı ilə yollanacaq. Təmsilçilərimiz 7 çəkidə mübarizə aparacaqlar. Cüdoçularımızdan Nurlan Kərimli, Murad Muradlı, Murad Əliyev, Eltun İmranov, Şahin Oruczadə (hamısı 60 kq), İslam Rəhimov, Samir Piriyev, Elşən Əsədov, Rüfət Aydınov (hamısı 66 kq), Nəriman Mirzəyev, Qədir Hüseynov, Nahid İsmayılov, Elnur Qasilov, İsa Əliyev (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Zaməddin Poladov, Nahid Tarquliyev, Məmmədrza Hacızadə, Əli Hacızadə (hamısı 81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli (100 kq) və Toğrul Salmanov (+100 kq) iştirak edəcəklər.
Qeyd edək ki, Avropa Açıq çempionatı sentyabrın 16-17-də təşkil olunacaq.