"Mançester Siti"nin hücumçusu Erlinq Haland Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı oyunçusu mükafatına layiq görülüb. Matc.az xəbər verir ki, norveçli forvard səsvermə zamanı hamıdan çox səs toplayıb.
 
23 yaşlı futbolçu bu mübarizədə komanda yoldaşları Kevin De Bruyne və Con Stouns, həmçinin "Arsenal"dakı Bukayo Saka, Martin Edeqor və "Tottenhem"in sabiq hücumçusu Harri Keyni qabaqlayıb.
 
Qeyd edək ki, Erlinq Haland ötən mövsüm Premyer Liqada 36 qol vurub və komandası çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest