I Liqa təmsilçisi "Difai" təqdimat mərasimi keçirib.
Matc.az xəbər verir ki, təqdimatda Gənclər və İdman Nazirliyinin, AFFA-nın, PFL-in rəsmiləri və KİV nümayəndələri iştirak edib. Klubun prezidenti Asəf Məlikov komandanın yaranması, rəngləri, loqosu barədə məlumat verib. Klubun 44 günlük Vətən müharibəsi qəhrəmanlarından təşkil olunduğunu, "Difai"nin bayrağında və gerbində olan qara rəng türkçülük etimologiyasındakı torpağı, ağ yazılar gələcəyin uğurlu və işıqlı olacağını, qırmızı rəngin isə şəhidlərimizin qanını simvolizə etdiyini bildirib. Komandanın gerbində olan 11 ulduz isə futbolçuların sayını bildirir - deyə sözlərinə əlavələr edib. Tədbirdə "Difai"nin yeni geyim formaları nümayiş olunub. Bundan başqa Ağsu təmsilçisinin bu mövsüm tərəfdaşı olacaq şirkətlərin adları açıqlanıb və müqavilələr imzalanıb. Məlum olub ki, "City Hospital" və "Kapital Security" "Difai"nin tərafdaşları olacaq.