31 Avqust 2023, 11:45
FUTBOL
"Sabah" yeni hücumçu alır. Matc.az saytının əldə etdiyi məlumata görə, Masazır təmsilçisi "Qalatasaray"ın sabiq futbolçusu Cessi Sekidikanı transfer edir.
27 yaşlı nigeriyalı hücumçu 2020-2022-ci illərdə "Qalatasaray"ın futbolçusu olub. İstanbul təmsilçisinin heyətində 12 oyunda meydana çıxan Cessi "Konyaspor", "Lyöven" və "Eyüpspor" kimi klublarda icarə əsasında çıxış edib.
2022-ci ildə "Eyüpspor" futbolçunu transfer edib. Sekidika son mövsümü icarə əsasında "ümraniyespor"da keçirib.
Xatırladaq ki, Sekidika 2019-cu ilin əvvəlində "Neftçi"də baxışda olmuşdu.